Xızıda 17 gün ərzində 4 315 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 17 gün ərzində 4 315 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 12 sentyabr 2017 22:59 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 12-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 evin yaxınlığına, 1 əkin və 1 otlaq sahəsinə, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 156 ədəd partlamamış hərbi sursat (PHS), 116 ədəd partlamış-yanmış mərmi qalıqları və 977 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 734 000 kv.m (173.40 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 17 gün ərzində 4 315 ədəd partlamamış hərbi sursat (PHS), 3 112 ədəd partlamış-yanmış sursat qalıqları və 4 097 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 30 928 759 kv.m (3 092.88 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR