Hadi Rəcəbli: “Azərbaycanda nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər səbəb olur”

Hadi Rəcəbli: “Azərbaycanda nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər səbəb olur”
# 23 may 2018 09:40 (UTC +04:00)

“Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O bunu acınacaqlı hal adlandırıb.

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR