Sentyabrda ipoteka kreditləşməsi 13% azalıb

Sentyabrda ipoteka kreditləşməsi 13% azalıb
# 08 noyabr 2017 13:32 (UTC +04:00)

2017-ci ilin sentyabr ayında "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) vəsaitləri hesabına banklar tərəfindən 17,2 mln. manat həcmində ipoteka krediti verilib.


"APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, avqust ayı ilə müqayisədə 13,13% və ya 2,6 mln. manat azdır. Bununla belə, bu il banklar tərəfindən 130,3 mln. manatlıq ipoteka krediti verilib.


Cari ilin sentyabr ayında dövlət büdcəsindən AİF-ə 4,3 mln. manat həcmində vəsait ayrılıb.


Bu ilin sentyabrında AİF 11,8 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.

Sentyabrda Bakı Fond Birjasında 50 mln. manatlıq AİF istiqrazları yerləşdirilib.

AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin sentyabrın 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 43 279,6 manat, orta müddəti 281 ay, orta faiz dərəcəsi 6,65%, aylıq ödəniş isə 309,5 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR