Türkiyədə DBP həmsədri həbs edilib

Türkiyədə DBP həmsədri həbs edilib
# 06 noyabr 2016 15:37 (UTC +04:00)

Türkiyədə məhkəmə Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahat Tuncel barədə həbs qətiimkan tədbiri seçib.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, S. Tuncel noyabrın 4-də Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ, o cümlədən digər HDP deputatlarının saxlanılmasına etiraz etmək üçün bir qrup şəxslə Diyarbəkir Məhkəməsinin qarşısına gəlib.

Polisin xəbərdarlığına baxmayaraq, aksiya davam etdirilib. Polis S. Tuncel və digər 10 aksiya iştirakçısını saxlayıb. Bu gün məhkəmə S. Tuncelin həbs edilməsi barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR