APA-nın xəbərinə görə, həkimlərin səylərinə rəğmən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən T.Vəliyevi xilas etmək mümkün olmayıb.
***
23.25
Samuxda zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində baş verib.
1989-cu il təvəllüdlü T.Vəliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. İlkin məlumata görə 32 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.