Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş filmin premyerası keçirilib

Kanadada azərbaycanlı məcburi köçkün uşaqlara həsr edilmiş filmin premyerası keçirilib
# 22 noyabr 2016 00:26 (UTC +04:00)

Noyabrın 18-də Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Karlton Universitetində məcburi köçkün olan azərbaycanlı uşaqlara həsr edilmiş “Gənc səslər, qədim nəğmə” adlı sənədli filmin premyerası keçirilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, tanınmış amerikalı muğam ustası Cefri Verbok tərəfindən çəkilmiş filmin nümayişi Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən təşkil edilib.

Təbirdə Ottavada akkreditə olunmuş diplomatik missiyaların təmsilçiləri, kanadalı qonaqlar və Azərbaycan icmasının üzvləri iştirak edib.

Nümayişdən əvvəl Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin düşməsi barədə danışıb. O, qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə rağmən ədalətsizlik davam edir, Azərbaycanın 20% torpağı işğal altında qalır və qaçqınlar öz evlərinə qayıtmaq hüququndan məhrum ediliblər. Bundan başqa, filmin qaçqın probleminə muğam prizmasından yanaşdığını söyləyən R.Hüseynli, muğamın Azərbaycan xalqı üçün önəmindən, Dağlıq-Qarabağ bölgəsinin muğam sənətinin mərkəzlərindən biri olmasından, eləcə də muğamın Ermənistan-Azərbaycan münaqişəsi dövründə kədər və ümidlə assosiasiya olunmasından danışıb.

Nümayişdən sonra sənədli filmin müəllifi C.Verbok səhnəyə çıxaraq, Azərbaycanla ilk tanışlığı, azərbaycanlı məcburi köçkünlərin vəziyyəti, həmçinin Azərbaycan muğamının fərqləndirici xüsusiyyətləri barədə danışıb, eləcə də tamaşaçıların çoxsaylı suallarını cavablandırıb. Nümayişdən sonra C.Verbok Azərbaycan tarı və kamançasında milli musiqilərdən nümunələr ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR