Əlilliyin qiymətləndirilməsinin nəticələri elektron qaydada təqdim ediləcək

Əlilliyin qiymətləndirilməsinin nəticələri elektron qaydada təqdim ediləcək
# 06 fevral 2017 09:49 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

APA-nın məlumatına görə, bu inzibati reqlamentə əsasən e-mlspp.gov.az, e-eesmn.gov.az, e-gov.az və dxr.az internet ünvanlarında təqdim edilən elektron xidmət istifadəçinin özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların əldə edilməsini nəzərdə tutur.

Fevral ayından başlayaraq təqdim edilən bu elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır. Elektron xidmətdən istifadə üçün istifadəçi göstərilən internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “Tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatların verilməsi” elektron xidmətini seçir və əlilliyin qiymətləndirilməsi barədə məlumatları bu sistemdən real vaxt rejimində əldə edir. Bu elektron xidmət vasitəsilə istifadəçiyə özü ilə bağlı elektron informasiya sisteminə daxil edilmiş tibbi-sosial ekspert komissiyaları tərəfindən keçirilmiş əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatlar təqdim olunur. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR