Suriyada döyüşməkdə təqsirləndirilən şəxsə 12 il 6 ay iş verilib

Suriyada döyüşməkdə təqsirləndirilən şəxsə 12 il 6 ay iş verilib
# 12 oktyabr 2016 14:21 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada silahlı qruplaşmaların tərkibində döyüşməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən Adəm Məmmədov müdafiə çıxışı edib. O, Z. Məmmədovun səhhətində problemlər olduğunu deyərək, onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Daha sonra məhkəmədə hökm elan olunub. Hökmə əsasən, Z. Məmmədov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsmi məlumata görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Zöhrab Məmmədov Suriya ərazisindəki «Mühacir Ansar» silahlı birləşməsinin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR