Azərbaycan Tarixi Muzeyində Həmrəylik günü qeyd edilib

Azərbaycan Tarixi Muzeyində Həmrəylik günü qeyd edilib
# 27 dekabr 2016 10:17 (UTC +04:00)

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilə həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixindən danışıb.

O, bayramın dünyaya səpələnmiş azərbaycanlılar tərəfindən yüksək səviyyədə qeyd olunduğunu söyləyib. N. Vəlixanlı bildirib ki, bu bayram ildən-ilə geniş vüsət alaraq, ürəyində vətən eşqi, milli və mənəvi birlik, inkişaf hissləri bəsləyən hər bir soydaşımız tərəfindən keçirilir.

Tədbirdə çıxış edənlər dünya azərbaycanlılarını həmrəyliyə çağırmaq kimi tarixi missiyanı yerinə yetirməyə səsləyiblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR