Bakıda qətl törədən dəstənin daha iki üzvü tutulub

Bakıda qətl törədən dəstənin daha iki üzvü tutulub
# 06 fevral 2018 09:36 (UTC +04:00)

Bakı şəhərində törədilən dəhşətli qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Osman Abdullayevi güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Emin Həmidov və Nicat Quliyev tutulublar.

Qeyd edək ki, yanvarın 15-də 1992-ci il təvəllüdlü Abdullayev Osman Fazil oğlunun meyiti Qaradağ rayonu ərazisində yol kənarında tapılıb. Cinayət baş verən ərazidən “Makarov” tipli tapançanın gilizləri aşkar edilib. Meyitin müayinəsi zamanı gəncin başından 1 güllə ilə qətlə yetirildiyi məlum olub. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayətkar qruplaşmanın digər üzvü Həsən Məşədiyev bir neçə gün əvvəl Hökməli qəsəbəsində polisə silahlı müqavimət göstərərkən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR