İstirahət günləri Azərbaycanda 2 nəfər suda boğulub, 3 nəfər isə bədbəxt hadisə nəticəsində ölüb

İstirahət günləri Azərbaycanda 2 nəfər suda boğulub, 3 nəfər isə bədbəxt hadisə nəticəsində ölüb
# 17 avqust 2015 11:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İstirahət günləri Azərbaycanda iki nəfər suda boğulub, daha üç nəfər isə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qusar rayonunun Piral kəndində yerli sakin Mehman Qəribov göldə, Qusar rayon sakini Kamran Abbasov isə Xaçmaz rayonundakı Müqtədir dəniz çimərliyində çimərkən boğulublar.

Bundan başqa, Kürdəmir rayon sakini Elgül Hacıyeva sirkə turşusundan zəhərlənərək, Sabirabad rayon sakini Razi Burfanov evinin yaxınlığında elektrik cərəyanı vurması nəticəsində, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Tahirə Kərimova isə evinin eyvanından (6-cı mərtəbədə) yıxılaraq ölüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR