Türkiyə Yunanıstanda ömürlük cəza çəkən terrorçuya məzuniyyət verilməsini qəbuledilməz hesab edir

Türkiyə Yunanıstanda ömürlük cəza çəkən terrorçuya məzuniyyət verilməsini qəbuledilməz hesab edir
# 10 noyabr 2017 00:59 (UTC +04:00)

Türkiyə XİN-i Yunanıstanda 15 il əvvəl 11 ömürlük həbs cəzası alan “17 noyabr” terror qruplaşmasının lideri Dimitris Kufontinasa ikigünlük məzuniyyət verilməsini qəbuledilməz olduğunu bəyan edib. APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN-in bəyanatında bildirilir.

Dimitris Kufontinas 1991-ci ildə Türkiyənin Afinadakı səfirliyinin press-attaşesi Çetin Görgünü qətlə yetirməkdə və 1994-cü ildə səfirin müavini Xaluk Sipahioğluna sui-qəsd cəhdində təqsirli bilinib.

“Diplomatlarımızın qətlində təqsirli bilinən terrorçu ilə bağlı bu cür addımların atılması ölkəmiz üçün qəbuledilməzdir”, - deyə bəyanatda bildirilir.

“17 noyabr” terror qruplaşması 1975-2002-ci illərdə fəaliyyət göstərib. Qruplaşmanın 14 üzvü partlayışlar, qarətlər, 23 ABŞ, Böyük Britaniya və Türkiyə diplomatları və hərbçiləri, yerli siyasətçi və sahibkarları qətlə yetirməkdə təqsirli bilinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR