Azərbaycanda icbari sığortaya maraq azalır

Azərbaycanda icbari sığortaya maraq azalır
# 01 noyabr 2016 07:46 (UTC +04:00)

2016-cı ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 683 müqavilə qeydiyyata alınıb.

İSB-dən "APA-Economics"ə verilən məlumata görə, bunların 9 975-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 mln. manatdan çox olub.

2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5%, sığorta haqlarının məbləğində isə 1% azalma müşahidə edilib.

Oktyabr ayında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 1,2% artaraq 82,4 manat təşkil edib.

2016-cı ilin yanvar-oktyabr ayları ərzində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 047 sığorta müqaviləsi bağlanıb. Bağlanılan müqavilələr üzrə sığorta haqları 69,6 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2%, sığorta haqlarının məbləğində isə 7% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR