Azərbaycan şirkəti Həştərxanda 20 mln. dollarlıq zavod inşa edəcək

Azərbaycan şirkəti Həştərxanda 20 mln. dollarlıq zavod inşa edəcək
# 21 aprel 2017 12:14 (UTC +04:00)

Azərbaycanın "Atef russ" şirkəti Rusiyanın Həştərxan vilayətinin xüsusi iqtisadi zonasının ilk xarici rezidenti statusunu alıb. "APA-Economics" xəbər verir ki, şirkət elektrotexniki avadanlıqların istehsalı üzrə zavod inşa edəcək.


Şirkətin baş direktoru Tofiq Həmidovun sözlərinə görə, zavodda istehsal olunan yüksək keyfiyyətli məhsulların hesabına idxaldan asılılığı azaltmaq mümkün olacaq. O əlavə edib ki, şirkət Rusiya bazarındakı payını 10%-ə çatdırmaq niyyətindədir. "Zavodda istehsal olunan məhsulların qiyməti idxal olunan analoqlardan 50% aşağı olacaq.

Həştərxan vilayətinin qubernatorunun mətbuat xidmətindən isə bildirilib ki, layihəyə 1,1 mlrd. rubldan artıq (19,58 mln. dollar) məbləğində investisiya yatırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR