Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatır

Azərbaycanın xarici dövlət borcu 7 mlrd. dollara çatır
# 10 mart 2017 14:25 (UTC +04:00)

Bu ilin yanvarın 1-ə Azərbaycanın xarici dövlət borcu 6 mlrd. 913,2 mln. dollar (12 mlrd. 241,3 mln. manat) təşkil edib.


Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 20,4%-dir.

Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR