Gəncə sakini kimyəvi maddədən zəhərlənib

Gəncə sakini kimyəvi maddədən zəhərlənib
# 22 mart 2017 16:27 (UTC +04:00)

Gəncə şəhər sakini kimyəvi maddədən zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini - 1964-cü il təvəllüdlü Pərviz Mütəllimov zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, əqli çatışmazlığı olan P. Mütəllimova aldadılaraq su əvəzinə aseton içirdilib və o zəhərlənib.

Faktla bağlı araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR