Vergi borcuna görə daha 29 şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulub

Vergi borcuna görə daha 29 şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulub
# 22 noyabr 2016 09:04 (UTC +04:00)

Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin sayı artıb.

Vergilər Nazirliyindən "APA-Economics"ə verilən xəbərə görə, 22 noyabr tarixinə vergi borcu olduğuna görə ölkədən çıxışı məhdudlaşdırılan şəxslərin sayı 449-a yüksəlib. Halbuki 17 noyabr tarixinə açıqlanan siyahıda 420 fiziki şəxsin adı qeyd olunub. Beləliklə, 29 nəfərin də vergi borcu ödənmədiyindən onların adları siyahıya əlavə olunub.

Ölkədən çıxışına qadağa qoyulan şəxslər arasında 4 xarici vətəndaş da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR