“NBC Bank” bir ildə öhdəliklərini 47% artırıb

“NBC Bank” bir ildə öhdəliklərini 47% artırıb
# 12 aprel 2018 15:22 (UTC +04:00)

“NBC Bank”ın aktivlərinin həcmi 2018-ci ilin I rübündə 221,879 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,3% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 30,4% artaraq 164,628 mln. manat olub.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 10,74% azalaraq 12,309 mln. manat olub. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində çəkisi 7,5%-ə bərabərdir.

Bankın depozit portfeli hesabat dövrü ərzində 15,2% artaraq 82,529 mln. manata yüksəlib. Yanvar-mart ayları ərzində bankın cəmi öhdəliklərinin həcmi 46,7% artaraq 164,255 mln. manata yüksəlib.

Bankın məcmu kapitalı 8% artaraq 57,446 mln. manata çatdığı halda,

nizamnamə kapitalı dəyişməyərək 64 mln. manat təşkil edib.

Cari ilin 3 ayı ərzində bankın gəlirləri 4,613 mln. manat, xərcləri isə 3,938 mln. manat təşkil edib.

Qeyd edək ki, “NBC Bank” cari ilin 3 ayını 818,1 min manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR