DİN Goranboyda 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb

DİN Goranboyda 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
# 11 aprel 2018 09:58 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, aprelin 10-da saat 13 radələrində Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəsəbə sakinləri Sahib Abdullayevin idarə etdiyi “VAZ-2107” və Elmar Tağızadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S. Abdullayev və sərnişinlərdən onun bacısı Cəmilə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR