Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 21 mln. kubmetr qaz ötürülüb

Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 21 mln. kubmetr qaz ötürülüb
# 01 avqust 2018 14:19 (UTC +04:00)

Bu ilin 1-ci yarısında Cənubi Qafqaz Boru Kəmərinin gündəlik orta ötürücülük gücü təqribən 21 mln. kubmetr qaz olub.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır.

Bu ilin 1-ci yarısında Cənubi Qafqaz Boru Kəməri ilə bağlı fəaliyyətlərə təqribən 18 mln. dollar əməliyyat xərcləri və 241 mln. dollar əsaslı xərclər sərf edilib.

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

Qeyd edək ki, Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), “Cənub Qaz Dəhlizi Midstrim” (6.7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR