"Bank Avrasiya"nın depozit portfeli 24% azalıb

"Bank Avrasiya"nın depozit portfeli 24% azalıb
# 16 aprel 2018 14:37 (UTC +04:00)

"Bank Avrasiya" ASC-nin aktivlərinin həcmi 2018-ci il aprelin 1-nə 162 mln. 216 min. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,47% çoxdur.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, yanvar ayında bankın kredit portfeli 0,73% artaraq 89 mln. 36,6. manat olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin ilk ayında bankın depozit portfeli 24% azalaraq 10 mln. 638,7 min manat təşkil edib. Cəmi öhdəliklərin həcmi isə 15,9% artaraq 100,002 mln. manata çatıb.

Cari ilin ilk 3 ayı ərzində bankın məcmu kapitalı 3,58% artaraq 61 mln. 740 min. manata çatdığı halda, nizamnamə kapitalı 2,20% azalaraq 50 mln. manat təşkil edib.

İlk üç ayda "Bank Avrasiya"nın gəlirləri 3 mln. 091,2 min manata, xərcləri isə 1 mln 711,2 manata çatıb.

Qeyd edək ki, bu ilin ilk rübündə ayında bankın əldə etdiyi mənfəət 3 mln. 233,7 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR