"Nar" müəllim və tələbələr üçün xüsusi kampaniyanı davam etdirir - FOTO

"Nar" müəllim və tələbələr üçün xüsusi kampaniyanı davam etdirir - <span style="color: red;">FOTO
# 11 sentyabr 2015 11:56 (UTC +04:00)

Bakı - APA-Economics. Yeni dərs mövsümünün başlanması ilə əlaqədar, “Nar” təhsil işçiləri, müəllim və tələbələri sevindirməkdə davam edir.

Bu məqsədlə, öz tərəfdaşı olan “İrşad Electronics” mağazalar şəbəkəsi ilə birlikdə daha bir ilkə imza atan “Nar”, tamamilə yeni bir kampaniyaya start verdi. Belə ki, cari ilin sentyabr ayının sonunadək “İrşad Electronics” dükanlarında istənilən telefonu 9 aylıq faizsiz kreditlə əldə etmək mümkün olacaq. Üstəlik, bu mağazalardan telefon almış hər bir kəs “Nar” mobil operatorundan xüsusi bonuslar qazanacaq.

Qeyd edək ki, göstərilən tarixdə bu dükanlarda dəyəri 500 AZN-dən yüksək olmayan istənilən telefonu ilkin ödənişsiz də əldə etmək mümkündür. Yeni telefonlarla bərabər, müştərilər həmçinin hədiyyə olaraq “Nar” operatorundan nömrə, 250 AZN dəyərində danışıq və 1,5 GB internet trafiki alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR