"PAŞA Bank" ötən il öhdəliklərini artırıb

"PAŞA Bank" ötən il öhdəliklərini artırıb
# 22 yanvar 2018 06:31 (UTC +04:00)

"PAŞA Bank" ASC ötən il aktivlərini 13,16% artıraraq 3 mlrd. 551 mln. 787 min manata çatdırıb. "APA-Economics" xəbər verir ki, bu barədə bankın açıqladığı balans hesabatında deyilir.

Hesabat dövründə bankın kredit portfeli 8,38% artaraq 943,099 mln. manata çatıb.

Bankın depozit portfeli 18,47% artaraq 2 mlrd. 821,982 mln. manata olub. Cari ilin yanvarın 1-ə bankın cəmi öhdəlikləri 3 mlrd. 149,076 mln. manat təşkil edib ki, bu da il ərzində 15,1%-lik artımdan xəbər verir.

İl ərzində "PAŞA Bank"ın nizamnamə kapitalı dəyişməyərək 333 mln. manat olub. Buna baxmayaraq, bankın məcmu kapitalı 1,04% artaraq 406,532 mln. manata yüksəlib.

"PAŞA Bank" ötən ili 58 mln. 994 min manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR