İranda mikroavtobus aşıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb

İranda  mikroavtobus aşıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb
# 29 noyabr 2016 18:38 (UTC +04:00)

İranın Sari şəhərində mikroavtobus aşıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, hadisə bu gün günorta yerli vaxtla saat 14:00 radələrində Sari şəhərinin Esporz bölgəsində baş verib.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Sari şəhər İmam Xomeyni adına xəstəxanaya çatdırılıb.

Hazırda hadisənin səbəbi araşdırırlır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR