Bakıda motosiklet piyadanı vuraraq öldürüb

Bakıda motosiklet piyadanı vuraraq öldürüb
# 25 may 2018 10:06 (UTC +04:00)

Mayın 24-də saat 9 radələrində Xəzər rayonunun Qala qəsəbəsində Bakı şəhər sakini Zamin Salamov idarə etdiyi “Zontes” markalı motosikletlə yolu keçən Şağan qəsəbə sakini Mehriban Kərimovanı vurub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, nəticədə onların hər ikisi xəstəxanaya yerləşdirilib, piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR