Əfqanıstanda baş verən terror aktı zamanı 3 Gürcüstan hərbçisi yaralanıb

Əfqanıstanda baş verən terror aktı zamanı 3 Gürcüstan hərbçisi yaralanıb
# 06 sentyabr 2017 21:30 (UTC +04:00)

Əfqanıstanda, ABŞ-ın “Baqram” hərbi bazasına hücum olub.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze bazanın girişində üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktı nəticəsində 3 Gürcüstan hərbi qulluqçusu yaralanıb. Faktı təsdiqləyən Gürcüstan müdafiə nazirliyi hərbçilərdən birinin vəziyyətinin ağır olduğunu bildirib.

“Hazırda leytenant İveri Buadze əməliyyat olunur”, nazirlikdən bildirilib.

Qeyd edək ki, 800 Gürcüstan hərbçisi NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyatlarda iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR