Ermənistanda Qırğızıstan vətəndaşı olan qadın intihara cəhd edib

Ermənistanda Qırğızıstan vətəndaşı olan qadın intihara cəhd edib
# 04 yanvar 2018 15:24 (UTC +04:00)

Ermənistanın paytaxtı İrəvanda Qırğızıstan vətəndaşı intihara cəhd edib.

APA-nın “Shamshyan.com”-a istinadən verdiyi xəbərə görə, hadisə dünən səhər saatlarında Nork-Maraş küçəsində baş verib.

Qırğızıstan vətəndaşı, 29 yaşlı Nərgiz Ömərova yaşadığı binanın ikinci mərtəbəsindən özünü atıb.

Xəsarət alan qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR