Türkiyə XİN: Ermənistan işğalı altındakı Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdir

Türkiyə XİN: Ermənistan işğalı altındakı Dağlıq Qarabağda keçiriləcək “seçkilər” qeyri-legitimdir
# 11 sentyabr 2015 11:20 (UTC +04:00)

Bakı – APA. Türkiyə Xarici İşlər Nazirliyi işğal altındakı Dağlıq Qarabağda separatçıların keçirməyə hazırlaşdığı “seçki”lərlə bağlı bəyanatla çıxış edib.

APA-nın Türkiyə XİN-in saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir ki, 20 ildən çoxdur Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda sentyabrın 13-də keçiriləcək “yerli seçkilər” beynəlxalq hüquq normalarının, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır: “Bu və bənzər addımlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olunması cəhdlərinə zərər verir. Ölkəmiz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün yenidən pozulması mənasına gələn bu “seçkiləri” qınayır. Qeyri-legitim saydığımız bu seçkilər və onun nəticələri Türkiyə tərəfindən tanınmayacaq. Minsk Qrupunun üzvü olan Türkiyə Dağlıq Qarabağ münaqişəsinin ədalətli və daimi həlli yönündə cəhdlərə dəstək verməyə davam edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR