İranın “Bəsic” təşkilatının rəhbəri: “ABŞ bölgədə ikibaşlı oyun oynayır”

İranın “Bəsic” təşkilatının rəhbəri: “ABŞ bölgədə ikibaşlı oyun oynayır”
# 04 noyabr 2016 14:23 (UTC +04:00)

“Mosul məsələsində əsas problem Amerikanın xəyanətidir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Könüllülər Təşkilatının (“Bəsic”) sədri Məhəmmədrza Nəqdi deyib. O bildirib ki, Mosul mübarizəsinin nəticəsi çox aydındır və İŞİD məğlub olacaq, lakin bu gün orada əsas problem Amerikanın xəyanətidir: “Amerika Mosul məsələsində ikibaşlı oyun oynayır. Bir tərəfdən deyir ki, terrorçular və İŞİD-lə mübarizə aparır, bununla da aniterror qüvvələrinin arasına sızıb, onların məlumatlarını əldə edir. Digər tərəfdən isə, bu məlumatları terrorçuları təşkilatlandıran və dəstəkləyən bəzi bölgə ölkələrinə ötürür”.

M. Nəqdi qeyd edib ki, İŞİD bu gün Səddamı əvəz edir: “Amerika onu yaradıb, çünki Səddamdan sonra İslam ümmətinin şərq cəbhəsi Fələstin sərhədlərinə çatırdı, İŞİD əslində ona görə yarandı ki, İslam ümməti şərq cəbhəsi Fələstinə çatmasın. Düşünürəm ki, bu düşüncə və plan məğlubiyyətə uğrayacaq”.

M. Nəqdinin sözlərinə görə, Mosulda iraqlılar qəhrəmancasına vuruşur və İŞİD-i məğlub edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR