Gəncədə qadın boşandığı əri tərəfindən döyülüb

Gəncədə qadın boşandığı əri tərəfindən döyülüb
# 17 noyabr 2017 18:56 (UTC +04:00)

Gəncədə döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncə "ASAN xidmət" mərkəzində baş verib.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədova Nuran boşandığı əri ilə “ASAN xidmət”ə gedib, orada aralarında mübahisə baş verib. Keçmiş ər N.Məmmədovaya müxtəlif bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR