Təhsil naziri respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə imtahansız qəbuluna münasibət bildirib

Təhsil naziri respublika fənn olimpiadaları qaliblərinin ali məktəblərə imtahansız qəbuluna münasibət bildirib
# 24 may 2018 11:34 (UTC +04:00)

Təhsil naziri Ceyhun Bayramov respublika fənn olimpiadalarının qaliblərinin ali məktəblərə imtahansız qəbul edilməsi məsələsinə münasibət bildirib.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında C. Bayramov bildirib ki, bunun tətbiq edilməsində problem görmür.

Nazir bildirib ki, bu il respublika fənn olimpiadalarından 298 nəfər I, II, III yerləri tutub ki, onlardan 150 nəfərə qədəri bölgələri təmsil edib: “Burada söhbət ondan gedir ki, dünya fənn olimpiadasında olduğu kimi, şəxs məsələn kimya fənndindən qalib olubsa, məhz o ixtisasdan üzrə ali məktəbə qəbul oluna bilər”.

Nazir onu da bildirib ki, 8 fənn üzrə respublika fənn olimpiadası keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR