Nobel mükafatçısı Kristofer Pissarides Azərbaycan haqqında təəssüratlarını bölüşüb

Nobel mükafatçısı Kristofer Pissarides Azərbaycan haqqında təəssüratlarını bölüşüb
# 08 iyul 2017 18:50 (UTC +04:00)

Qusarda keçirilən "Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar" mövzusunda II Beynəlxalq Tələbə Konfransının fəxri qonağı, tədbirdə "Robotlar və süni intellekt dövründə fəaliyyət" mövzusunda xüsusi məruzə ilə çıxış edən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin professoru, iqtisadi elmlər üzrə Nobel mükafatı laureatı Kristofer Pissarides tədbir barədə fikirlərini bildirib, eləcə də Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüb. Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Gömrük və ticarət sahəsində təhsil alan tələbələrə bu dəyərli imkanı təşkil etdiklərinə görə sədr Əliyevə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə təşəkkürümü bildirirəm. Strateji qərarvermə prosesinin dəstəklənməsində təcrübəyə əsaslanan faktların olması güclü tənzimləyici siyasət və təcrübənin inkişafı baxımından çox önəmlidir, bu baxımdan beynəlxalq tələbə konfransları vasitəsilə gələcəyin araşdırmaçılarına verilən bu cür yüksək səviyyəli dəstəyi görmək çox sevindirici haldır.

Belə konfranslar, eyni zamanda dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün təcrübə və biliklərini paylaşmağa, karyeralarının ilkin mərhələsində əlaqələr qurmağa imkan yaradır ki, bu da gələcək akademik əməkdaşlıqlar üçün möhkəm baza formalaşdırır.

Sonda, həmçinin konfrans təşkilatçılarına müxtəlif ölkələrdən olan geniş tələbə, müəllim heyətini xalqınızın zəngin mədəni və milli irsi ilə tanış etdiklərinə görə də təşəkkür etmək istərdim. Bütün bunlar, eyni zamanda konfrans iştirakçılarının öz işlərinə məsuliyyətli yanaşmaları, entuziazm, aparılan ciddi müzakirələr mənim burada xoş və dəyərli zaman keçirməyimə səbəb oldu."

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR