Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Bərdədə vətəndaşları qəbul edib
# 25 may 2018 14:41 (UTC +04:00)

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinlərini qəbul edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul Bərdə rayonunda keçirilib.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR