Lerikdə qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib - YENİLƏNİB-2

Lerikdə qəzada ölən və xəsarət alanların kimliyi müəyyənləşib - <span style="color: red;">YENİLƏNİB-2
# 19 avqust 2017 15:33 (UTC +04:00)

Lerikdə baş verən avtoqəzada ölənlərin kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar avtomobilin sürücüsü, Lənkəranın Diryan kənd sakini, 1982-ci il təvəllüdlü Rahim İdris oğlu Fərzullayev və Rusiyanın Xabarovsk şəhərinin sakini, 1979-cu il təvəllüdlü Yelena Anatolyevna Qolbadır.

***

17:08

Lerikdə baş verən ağır avtoqəzada xəsarət alanların kimliyi məlum olub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, onlar Rusiyanın Xabarovsk şəhərinin sakini, 1980-cı il təvəllüdlü İrina Suvorova Yuriyevna və Lənkəranın Biryan kənd sakini, 1968-ci il təvəllüdlü Tağı Maşallah oğlu Tağızadədir. Onların vəziyyətinin qənaətbəxş olduğu deyilir.

***

16.19

Lerikdə baş verən avtoqəzada iki nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, ölənlərdən biri qadındır. Hadisədə xəsarət alan iki nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda zərərçəkənlərin kimliyi müəyyənləşdirilir. İlkin məlumata görə,qəzaya uğrayanlardan ikisi Lənkəran sakini, digər ikisi Rusiya vətəndaşıdır.

***

15.49

Lerikdə avtomobil dərəyə aşıb, ölən var.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran-Lerik yolunun 24-cü km-də "Toyota” markalı minik avtomobili idarəetmədən çıxaraq, aşıb. Nəticədə avtomaşında olan sərnişin hadisə yerində ölüb.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR