Bakıda dənizdə batan gəncin meyiti tapılıb

Bakıda dənizdə batan gəncin meyiti tapılıb
# 17 avqust 2015 09:35 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda dənizdə batan gəncin meyiti tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 m aralı, nəzarət olunmayan ərazidə) batan, 1995-ci il təvəllüdlü Əliyev Əli Əlizaman oğlunun axtarışları başa çatıb. Ə.Əliyevin cəsədi nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR