Fuad Siniora: "Bəzi dövlətlər yeni icad etdikləri silahları suriyalıların üzərində sınaqdan keçirirlər"

Fuad Siniora: "Bəzi dövlətlər yeni icad etdikləri silahları suriyalıların üzərində sınaqdan keçirirlər"
# 16 mart 2018 08:18 (UTC +04:00)

“Bu gün bəzi iri dövlətlər konkret olaraq cinayət əməlinin iştirakçısıdırlar – onlar Suriyanı yeni icad etdikləri modern silahlarının sınaq meydanına çeviriblər”.

APA-nın məlumatına görə, bunu Livanin sabiq baş naziri Fuad Siniora VI Qlobal Bakı Forumunun “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində çıxşında deyib. O bildirib ki, dünyanın gözü qarşısında 8-ci ildir ki, bir ölkədə - bəşəriyyətin üzvü olan suriyalıların üzərində yeni silahların sınaqdan keçirilməsi baş verir və digərləri də bunu tamaşaçı kimi seyr edir: “Bu dəhşətləri tarix bizə bağışlayacaqmı? Əksər iri dövlətlər son 7 ildə icad etdikləri bütün silahları Suriyada insanların üzərində sınaqdan keçirdilər. Dedilər terroristləri məhv edirlər. Amma heç bir terroristin kökü kəsilmədi. Əksinə, milyonlarla suriyalı qırıldı və yurdundan qaçqın düşdü. Bu bir cinayətdir və bunun səbəbkarları mütləq cavab verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR