Cəlilabadda torpaq sürüşməsi aktivləşib

Cəlilabadda torpaq sürüşməsi aktivləşib
# 22 mart 2017 07:55 (UTC +04:00)

Cəlilabad rayonunda sürüşmə sahələrində yenidən aktivləşmə müşahidə olunur.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, daha çox aktivlik Zəhmətabad kəndində qeydə alınıb, böyük torpaq laylarının dərəyə sürüşməsi nəticəsində çökəklik yaranıb.

Yüksək ərazidə vəziyyətin daha da təhlükəli olduğu bildirilir.

Sürüşmə nəticəsində Cəlilabad-Yardımlı avtomobil yolunda hərəkət üçün çətinliklər yaranıb.

Yolda avtomobillərin hərəkətində problem yaranmaması üçün tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR