Bakıda avtomobil piyadanı vuraraq başqa bir avtomobilin altına atıb

Bakıda avtomobil piyadanı vuraraq başqa bir avtomobilin altına atıb
# 31 iyul 2017 09:40 (UTC +04:00)

Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 29-da saat 23 radələrində Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Aqşin Əliyev idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vuraraq onu eyni istiqamətdə hərəkətdə olan paytaxt sakini Arif Qurbanovun idarə etdiyi “Nissan” markalı avtomobilin altına atıb.

Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR