Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir
# 20 dekabr 2016 09:02 (UTC +04:00)

Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir.

APA-nın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR