Suriyada stadionun qarşısında partlayış törədilib, 15 nəfər ölüb

Suriyada stadionun qarşısında partlayış törədilib, 15 nəfər ölüb
# 05 yanvar 2017 17:24 (UTC +04:00)

Suriyanın Cəbla şəhərində törədilən partlayış nəticəsində 15 nəfər ölüb, 45 nəfər isə yaralanıb

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzenin idarə etdiyi minalanmış avtomobil şəhər stadionunun qarşısında partladılıb.

Partlayış nəticəsində bir neçə binaya ciddi ziyan dəyib, ərazidə dayanmış avtomobillər yanıb.

Hələlik partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR