Azərbaycan Premyer Liqasının ən etibarlı qapıçısı müəyyənləşib

Azərbaycan Premyer Liqasının ən etibarlı qapıçısı müəyyənləşib
# 14 aprel 2017 15:25 (UTC +04:00)

Azərbaycan Premyer Liqasının ən etibarlı qapıçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, cari mövsüm Azərbaycan çempionatında iştirak edən 8 komanda ümumilikdə 16 qolkiperə güvənib.

Söhbət ən azı 1 oyunda meydana çıxanlardan gedir. Bu “16-lığ”ın Premyer Liqa tarixində keçirdiyi ümumi oyunlardakı etibarlılığı bəllidi. Onların çempionatımızdakı karyeraları ərzində buraxdığı qolların oyun sayına nisbəti hər matçda buraxdıqları orta top sayını göstərir.

Bu rəqəmdə “Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnıdı. O, hər matçda 0,55 top buraxır. “Qarabağ”ın qolkiperi İbrahim Şehiçdə isə bu rəqəm 0,62-di.

Daha iki qapıçı hər oyunda 1-dən az top buraxır. Bunlar Maksim Vaylo (“Neftçi”) və Səlahət Ağayevdi (“İnter”).

Premyer Liqanın ən bərbad qapıçıları autsayderlərin şərəfini qoruyur. AZAL-ın qolkiperi Rəşad Əzizli hər dəfə 1,97 top buraxır. “Neftçi”nin legionerləri Boban Baykoviç və Krşevan Santini də hər görüşdə 1,5-dən çox qola üzülüb.

yer

qapıçı

orta qol sayı

1

Dmitri Bezotosnı

-0,55

2

İbrahim Sehiç

-0,62

3

Maksim Vaylo

-0,85

4

Səlahət Ağayev

-0,95

5

Boyan Şaranov

-1,00

6

Fərhad Vəliyev

-1,01

7

Tadas Simaitis

-1,15

8

Orxan Sadıqlı

-1,27

9

Şahruddin Məhəmmədəliyev

-1,29

10

Anar Nəzirov

-1,36

11

Aqil Məmmədov

-1,38

12

Kamal Bayramov

-1,46

13

Davud Kərimi

-1,49

14

Boban Baykoviç

-1,58

15

Krşevan Santini

-1,89

16

Rəşad Əzizli

-1,97

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR