Xızıda 110 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Xızıda 110 ədəd partlamamış hərbi sursat aşkarlanıb
# 12 sentyabr 2017 00:47 (UTC +04:00)

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb.

ANAMA-dan APA-ya daxil olan məlumata əsasən, sentyabrın 11-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Şurabad kəndi ərazisində 2 əkin sahəsinə, 1 otlaq sahəsinə və yol kənarına, partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 110 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 707 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 1 758 500 kv.m (175.5 ha) ərazi yoxlanılıb.

Ümumilikdə 16 gün ərzində 4 159 ədəd partlamamış hərbi sursat (PHS), 2 996 ədəd partlamış-yanmış sursat qalıqları və 3 120 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 29 194 759 kv.m (2 919.48 ha) ərazi yoxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR