Avstriyada qar uçqunu baş verib, ölənlər var

Avstriyada qar uçqunu baş verib, ölənlər var
# 22 yanvar 2017 20:45 (UTC +04:00)

Bu gün Avstriyanın Alp dağlarında baş vermiş qar uçqunu nəticəsində 3 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Vildqerlostal vadisində iki çexiyalı turist qar uçqununun altında qalaraq ölüb, daha iki nəfər uçqunun altından çıxa bilib.

Pfayfrlköpfel yaşayış məntəqəsində isə qar uçqunu bir dağ xizəkçisinin həyatına son qoyub.

Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR