BDU "Elmin inkişafına görə" mükafatına layiq görülüb

BDU "Elmin inkişafına görə" mükafatına layiq görülüb
# 08 noyabr 2016 15:05 (UTC +04:00)

Prezident yanında Elmin İnkişafı Fondu əməkdaşlıq etdiyi, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı və mənbəyi olan "Thomson Reuters" şirkəti ilə birgə Azərbaycan elmi ictimaiyyəti üçün “Web of Science” mükafatları-2016"nı təqdim edib.

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fondun icraçı direktoru Elçin Babayev tədbirin mahiyyəti haqqında məlumat verib.

Bildirilib ki, mükafatçıların siyahısı təbiət elmləri, sosial və humanitar elmlər sahəsində elmin aparıcı platforması olan “Web of Science” bazasının əsasında tərtib olunub. Analiz “Thomson Reuters” və Elmin İnkişafı Fondu ilə əməkdaşlıq edən elmi tədqiqatlar və əqli mülkiyyət bölməsindən olan ekspertlər tərəfindən aparılıb. "Thomson Reuters" şirkəti və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Elmin inkişafına görə" ən yüksək mükafatına Bakı Dövlət Universiteti və AMEA Fizika İnstitutu layiq görülüb. Bununla yanaşı, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu tərəfindən nəşr olunur TWMS Journal of Pure and Applied Mathematics "Web of Science” mükafatına layiq görülüb.

Qeyd edək ki, mükafatlar “Web of Science” bazasında indeksləşdirilmiş, beynəlxalq jurnallarda dərc edilmiş və onlarla istinadlar edilmiş elmi əsərlərin müəlliflərinə təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR