Həyat yoldaşının qətlində ittiham olunan şəxsə hökm oxunub

Həyat yoldaşının qətlində ittiham olunan şəxsə hökm oxunub
# 18 yanvar 2018 09:18 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının qətlində ittiham olunan Ramin Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın xəbərinə görə, hakim Eldar İsmayılov sədrlik etdiyi iclasda prokuror çıxış edib. O, R. Şükürovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş şəxsin nümayəndələri isə onun ömürlük azadlıqdan məhrum edilməsini xahiş ediblər.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi Corat qəsəbəsində baş verib. Dörd uşaq anası Xəyalə Həsənova keçmiş əri 35 yaşlı Ramil Şükürov tərəfindən öldürülüb. R.Şükürov hadisə zamanı Xəyaləyə 17 bıçaq zərbəsi endirib. İlkin araşdırma zamanı Xəyalənin bir müddət əvvəl ərindən boşandığı məlum olub. Qətli törədən R.Şükürov özü könüllü olaraq polis idarəsinə gələrək törətdiyi cinayəti etiraf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR