SOCAR yanacaq ixracını 3% azaldıb

SOCAR yanacaq ixracını 3% azaldıb
# 01 fevral 2017 13:01 (UTC +04:00)

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin yanvar ayında 71 459 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin ilk ayı ilə müqayisədə 3,2% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ay 6 952 ton təyyarə yanacağı ixrac edilib ki, bu da 2016-cı ilin yanvar ayı ilə müqayisədə altıqat azalmadan xəbər verir.

Yanvarda SOCAR tərəfindən 11,82% çox və ya 7 915 ton yüksək təzyiqli polietilen, 13,97% az və ya 696 ton mütləqləşdirilmiş izopropil spirti ixrac edilib.


Bundan başqa, 6 165 ton maye piroliz qətranı ixrac edilib ki, bu da 2015-ci ilin yanvar ayı ilə müqayisədə 99,06% çoxdur. Ötən ay 3 107 ton propilen və 2 min 741 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin yanvar ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 553,42 dollar, təyyarə yanacağının - 504,23 dollar, dizel yanacağının - 477,93 dollar, 1% kükürdlü mazutun qiyməti - 330,93 dollar, yüksək təzyiqli polietilenin - 1221,25 dollar, butilen butadien fraksiyasının - 658,65 dollar, maye piroliz qətranının - 553,42 dollar, propilenin qiyməti - 770 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 940 avro təşkil edib.

Xatırladaq ki, ötən ilin yanvar ayında isə dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 400,35 dollar, təyyarə yanacağının - 293,48 dollar, dizel yanacağının - 272,48 dollar, 1% kükürdlü mazutun qiyməti 130,85 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR