Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə 21 795 nəfərin ərizəsi qəbul olunub

Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu üzrə 21 795 nəfərin ərizəsi qəbul olunub
# 16 iyul 2015 12:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Müəllimlərin işə qəbulu üzrə ümumilikdə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərinin ərizəsi qəbul olunub”. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləri olub.

Məlumatda bildirilir ki, ibtidai sinif üzrə 6440 nəfər (29.54%), Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2971 nəfər (13.63%), ingilis dili fənni üzrə 2354 nəfər (10.80%), riyaziyyat fənni üzrə 1916 nəfər (8.79%), tarix fənni üzrə 1260 nəfər (5.78%), informatika fənni üzrə 1152 nəfər (5.28%), fiziki tərbiyə fənni üzrə 974 nəfər (4.46%), coğrafiya fənni üzrə 954 nəfər (4.37%), biologiya fənni üzrə 804 nəfər (3.68%), fizika fənni üzrə 778 nəfər (3.56%), kimya fənni üzrə 665 nəfər (3,05%), texnologiya fənni üzrə 475 nəfər (2.17%), təsviri incəsənət fənni üzrə 289 nəfər (1.32%), musiqi fənni üzrə 211 nəfər (0.96%), rus dili fənni üzrə 180 nəfər (0.82%), rus dili və ədəbiyyatı fənni üzrə 151 nəfər (0.69%), fransız dili fənni üzrə 118 nəfər (0.54%), alman dili fənni üzrə isə 103 nəfər (0.47%) elektron ərizə verib.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər Bakı şəhəri (351 yer - 10.14%), Cəlilabad rayonu (202 yer - 5.83%), Laçın rayonu (180 yer - 5.20%), Quba rayonu (172 yer - 4.96%) və Lerik rayonudur (165 yer - 4.76%).

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti 35 yaşadək gənclər (19 911 nəfər, 91.36%) olub. Namizədlərin 1661 nəfəri (7.62%) 35-50 yaş, 223 nəfəri (1.02%) 50-65 yaş aralığındadır.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları 21-29 iyul 2015-ci il tarixlərdə aparılacaq. İmtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR