Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin müsabiqəsində qalib olublar

Bakı Ali Neft Məktəbinin tələbələri BP-nin müsabiqəsində qalib olublar
# 08 sentyabr 2017 09:00 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi BP şirkəti tərəfindən yay təcrübəçiləri üçün təşkil olunmuş “Techno Fest 2017” layihə təqdimatı yarışmasında 27 təcrübəçi arasında 2-ci və 3-cü yerləri tutublar.

BANM-dən APA-ya bildirilib ki, “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Tərlan Əliyev 2-ci yerə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Aydan Əsədova və “Neft-qaz mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Fərhad Qədimov eyni balı toplayaraq 3-cü yerə layiq görülüb.

BP-nin hər il həyata keçirdiyi “Techno Fest” adlı müsabiqə qlobal bir müsabiqədir və texniki sahədə innovasiyalara yönəlmiş ideyaların dəstəklənməsinə xidmət edir. BP-də çalışmaq arzusunda olan və BP-də yay təcrübəsi keçənlər, o cümlədən tələbələr üçün hər il şirkətdə “Techno Fest” yarışı təşkil olunur. Hər il gənc mühəndislər öz layihələrini təqdim etmək, təcrübə və nəticələri ilə bölüşmək imkanı qazanırlar.

Xatırladaq ki, keçən il BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kursunda təhsil alan Elşən Mikayılov BP şirkətində yay istehsalat təcrübəsində olduğu zaman keçirilən “Techno Fest 2016” müsabiqəsində I yeri qazanmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR