İraq OPEK+ sövdələşməsinin uzadılmasını dəstəkləyib

İraq OPEK+ sövdələşməsinin uzadılmasını dəstəkləyib
# 29 noyabr 2017 04:17 (UTC +04:00)

İraqın neft naziri Cabbar əl Laibi neft hasilatının azaldılmasına dair OPEK+ sövdələşməsində iştirak edən ölkələrin noyabrın 30-da sazişin uzadılması barədə qərar qəbul edəcəklərinə ümid edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neft hasil edən ölkələr hazırda sövdələşmənin uzadılmasına dair üç variantı nəzərdən keçirirlər: 6 aylıq, 9 aylıq və 1 illik müddət.

Sazişin müddətinin uzadılmanın hansı tarixdən hesablanacağı barədə də məlumat verilmir.

Qeyd edək ki, noyabrın 30-da Vyanada neft hasilatının azaldılmasına dair OPEK+ sövdələşməsində iştirak edən 24 ölkənin neft və energetika nazirlərinin görüşü keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR