Dünya birjalarında neft bahalaşıb

Dünya birjalarında neft bahalaşıb
# 23 mart 2017 07:20 (UTC +04:00)

Dünya birjalarında neftin qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,36 dollar və ya 0,75% artaraq 48,40 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,36 dollar və ya 0,71% artaraq 51,00 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR